Ardaya Çempionlar Liqası sürprizi

“Real Madrid”in futbolçusu Arda Güler Çempionlar Liqasının finalında oynaya bilər.

Metbuat.az xəbər verir ki, Arda ehtiyatdan oyuna qoşula bilər. “Marca” qəzetinin məlumatına görə, yarımmüdafiəçi Tchouameni "Bavariya"ya qarşı cavab oyununda zədələnib. Futbolçu “Borussia Dortmund”la oyundan əvvəl zədəsini tam sağalmaq istəyir. Lakin onun finalda oynamayacağı deyilir. Fransız futbolçu zədə səbəbindən matçı buraxacağı üçün start 11-də olmasa belə, Arda Gülerin "Borussiya Dortmund"la oyunda yer alacağı bildirilir. Karlo Ançelotti açıqlamasında Çempionlar Liqasının finalında Arda Güler, Brahim və Joseluya güvəndiyini bildirmişdi.

Qeyd edək ki, Arda Güler “Real”la Çempionlar Liqasında oyuna çıxmayıb. Arda finalda oyuna çıxmasa Çempionlar Liqası medalını almayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR