Qənirə Paşayevanın vəzifəsinə o gətirilir - FOTO

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilir.

Metbuat.az bildirir ki, bu, bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.

    Kəmaləddin Qafarovun işçi qrupunun rəhbəri təyin olunması təklif edilir.

    Qərar layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

    Qeyd edək ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixdə vəfat edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı