Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Xarkova gedib.
Metbuat.az xəbər verir ki, Zelenski bu barədə məlumatı öz sosial şəbəkə hesabında paylaşıb.
Zelenski bildirib ki, Xarkovda bölgədəki vəziyyətlə bağlı müşavirə keçirib, müdafiə sahəsində məruzələri dinləyib.
Qeyd edək ki, o, Xarkova sonuncu səfərini mayın 16-da edib.