İki uşaq atası 10 dəqiqə içində öldü: Təfərrüat - FOTO

Cəlilabadda 31 yaşlı kişinin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Metbuat.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edən rayon sakini, 1993-cü il təvəllüdlü Vahid Sübhan oğlu Nuriyevin qonşusu Rəşad Əzizov Baku TV-yə açıqlamasında bildirib ki, səhər saatlarında problemlə bağlı xəstəxanaya müraciət ediblər:

"Üç-dörd dəfə onu xəstəxanaya apardıq, dedilər ki, gedin, yara çirklənəndə gələrsiniz, heç bir problem olmayacaq. Bu gün səhər xəstəxanaya apardıq, sağ ayağı tamamilə şişmişdi. Üç dənə sistem qoşdular, amma faydası olmadı. Birdən-birə halı pisləşdi, reanimasiyaya qaldırdılar. 10 dəqiqə sonra məlumat verdilər ki, vəfat edib".

R.Əzizov qeyd edib ki, Vahid iki uşaq atası olub və usta kimi çalışıb:

"Yoldaşı da xəstədir. Kasıbçılıqla dolanırdılar".

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 17:10-da xəstəxanaya cinsiyyəti kişi olan, 1993-cü il təvəllüdlü xəstə müraciət edib.

"Aşağı ətrafların flebiti və dərin drombo filipiti diaqnozu ilə xəstəyə ilkin tibbi yardım göstərilib. Təcili yardım şöbəsində xəstənin halı pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstədə bioloji ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

Ətraflı Baku TV-nin süjetində:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı