"Müstəqil Azərbaycan dünyada qalib dövlət kimi tanınır" - Deputat

"Müstəqil olmaq, müstəqil dövlətdə yaşamaq hər bir vətəndaşın ən böyük arzusudur. Vətəndaşın məhz seçib-seçilmək hüququnun olması çox vacibdir".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib. O bildirib ki, dünyada bir çox dövlətlər özünün müstəqil olması üçün mübarizələr aparır:

"Dövlətin atributları, gerbi, bayrağının ucaldılması, pul vahidinin olması, insanların suveren dövlətdə yaşaması çox vacibdir. BMT-yə daxil olan dövlətlərdən biri olmaq da hər bir vətəndaşın arzusudur".

Deputat qeyd edib ki, Azərbaycanın Müstəqillik Günü çox mühüm bir gündür:

"Azərbaycan 106 il bundan öncə öz müstəqilliyini elan etdi. Təbii ki, problemlər də oldu. Bu müstəqillik müəyyən müddət əlindən alındı. Lakin bu gün Azərbaycan tam suveren, müstəqil, öz daxili və xarici siyasəti olan dövlətdir. Bu gün müstəqil Azərbaycanı bütün dünyada qalib dövlət kimi tanıyırlar".

Arzu Nağıyev sonda bu gün münasibətilə Azərbaycan xalqını təbrik edib:

"Ali Baş komandan başda olmaqla, bütün vətənsevər vətəndaşları təbrik edirəm. Bizim müstəqilliyimiz əbədidir, dönməzdir. Bu istiqamətdə bütün addımları atmağa hazırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə tezliklə şəfa versin".

Seyranə Quliyeva \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı