Ançelotti Ardaya final oyunu barədə müjdə verdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında "Borussiya Dortmund"la oyunda Arda Gülerə şans verib-verməyəcəyi barədə danışıb.

Metbuat.az xəbər verir ki, o, Ardanın finalda oynaya biləcəyini ifadə edib. "Arda son matçlarda istedadını göstərdi. Arda əlimizdə olan variantlardan biridir” deyən Ançelotti ona şans verə biləcəyini qeyd edib.

Ançelotti final oyunu barədə isə "Biz favorit olduğumuzu düşünmürük. "Borussiya Dortmund” yaxşı komanda olduğunu göstərdi. PSJ və “Atletiko Madrid”i mübarizədən kənarlaşdırdı. “Real Madrid” bu cür turnirlər üçün doğulmuş çox xüsusi bir klubdur" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR