Köç karvanı Xocalıya çatdı - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə 24 ailədən ibarət 88 nəfər köçürülüb.

Metbuat.az bildirir ki, ailələr artıq Xocalı şəhərinə çatıb. Ailələri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəliyinin nəzdində Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. Xocalı sakinlərinə doğma yurdlarına dönüş münasibətilə göz aydınlığı verilib evlərin açarları paylanılıb.

Qeyd edək ki, Xocalıya köçürülən ailələr Respublikanın müxtəlif ərazilərində yardımçı tikililər, və müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşan xocalılar olub. İndiyədək Xocalı şəhərinə 44 ailə, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.

***

09:09

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanı yola salınıb.

Metbuat.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakının Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Xocalıya 24 ailə - 88 nəfər köçürülüb.

Qeyd edək ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı