Mərkəzi Bankda onlara vəzifə verildi

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni yaradılmış 3 departamentə direktorlar təyin edilib.

Metbuat.az xəbər verir ki, Pənah Bənnayev Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin rəhbərliyinə gətirilib. Sonuncu indiyə qədər Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru olub.

Bundan başqa, Anar Muxtarov AMB-nin Rezolyusiya departamentinə, Samir Rzayev isə Maliyyə monitorinqi departamentinə direktor təyin edilib. Sonuncu bu vəzifədə Z.Hacılını əvəz edib. Ona isə Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinə direktorluq həvalə olunub.

AMB-nin İstehlakçılarla iş departamentinə isə Murad Məmmədov təyin edilib. O bu vəzifədə Xəyal Babayevi əvəzləyib.

Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov vəzifəsindən azad edilərək, Maliyyə sektorunun dayanıqlılığının inkişafı departamentinin direktoru təyin olunub.

Həmçinin, qurumun Nağd pul departamentinin direktoru Adışirin Qasımov, eləcə də, İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elvin Şahverdiyev vəzifələrindən azad edilib. Onların yerinə hələlik təyinat olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı