Bu prospektdə hərəkət məhdudlaşdırılır

Mayın 31-də saat 08:00-dan etibarən Bakı şəhəri, Azadlıq prospektində (Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissə) təmir işlərinə başlanılacaq.

Bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmir müddətində sözügedən hissədə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı