Mbappeyə görə getməyə qərar verdi - "Real"da ilk ayrılıq

"Real Madrid" klubunun hücumçusu Rodriqo "Mançester Siti"yə keçə bilər.

Metbuat.az xəbər verir ki, Kilian Mbappenin "Real"a transferindən sonra Rodriqo əsas heyətə düşməkdə çətinlik çəkəcək. "Mundo Deportivo"nun məlumatına görə, buna görə də, hücumçu əsas heyət oyunçusu ola biləcəyi klubda forma geyinmək istəyir. Məlumata görə, "Mançester Siti" futbolçu üçün 100 milyon avro civarında məbləğ ödəyə bilər.

Qeyd edək ki, Rodriqo cari mövsüm "Real"ın heyətində ümumilikdə 50 oyuna çıxıb və 17 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR