Prezident təbrik məktubları ünvanladı

Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur.

Metbuat.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviçə ünvanlandığı məktubda qeyd edilib.

Dövlətimizin başçısının məktubunda, həmçinin bildirilib: “Bakıda keçirilən COP29 çərçivəsində Sizinlə görüşümü xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Prezident İlham Əliyev bu bayram günündə Jelka Tsviyanoviçə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə surinamlı həmkarı Çandrikapersad Santoxiyə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubunda Surinam Prezidentinə və xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan ilə Surinam arasında əlaqələrin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

Biz Surinam ilə dövlətlərarası münasibətlərimizə və əməkdaşlığımıza böyük əhəmiyyət veririk. İqtisadi-ticari əlaqələrimizi inkişaf etdirmək üçün Azərbaycan ekspertlərindən ibarət nümayəndə heyəti ölkənizə səfər etməyə hazırdır.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Dövlətimizin başçısı bu bayram günündə Çandrikapersad Santoxiyə ən xoş arzularını yetirib, dost Surinam xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı