"Qarabağ" Lunyovun yerinə onu gətirir - FOTO

"Qarabağ" Serbiyanın "Partizan" klubunda forma geyinən qapıçı Aleksandr Yovanoviçlə maraqlanır.

Metbuat.az xəbər verir ki, bu barədə Serbiya mediası yazıb. Məlumata görə, "Qarabağ" qapıçını ötən yay da transfer etmək istəyib, lakin oyunçu keçidə razı olmayıb.

Qeyd edək ki, Aleksandr Yovanoviç Serbiya millisində cəmi 1 oyuna çıxıb. O, ölkəsindən başqa İspaniyada "Hueska" və "Deportivo" klublarında da çıxış edib.

Xatırladaq ki, "Qarabağ"ın qapıçısı Andrey Lunyovun klubdan ayrılacağı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR