"Rəqibimiz çox ciddidir" - Qurban Qurbanov

"Baxımlı bir oyunun olmasını istəyirik. Rəqibimiz çox ciddidir. Onlara qarşı oynamaq hər zaman çətin olub. Komanda yaxşı mövsüm keçirdi və liqanı ikinci sırada bitirdi. Kubok finalları hər zaman fərqli olur".

Metbuat.az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov sabah Azərbaycan Kubokunun finalında "Zirə"yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O, "Zirə"yə qarşı oynamalarının əlavə stimul olduğunu bildirib: “Komanda nəticəyə oynamağı bacarır. Qəbələdəki finalda onlarla qarşılaşmışdıq. Əlbəttə ki, şansları var. Penaltilər seriyasına da psixoloji olaraq hazırlaşmışıq".

Onun sözlərinə görə, final matçları gözlənilməz sonluqlarla bitir: "Bunu avrokubok matçlarında da görmək olur. Bəzən aşağı liqada olan komanda elita təmsilçisinə qalib gəlir. Qarşındakı komandaya uyğun hazırlaşmalısan".

Qurbanov sabahkı matçda qapıda Andrey Lunyova şans vermək ehtimalının olduğunu deyib.

Qeyd edək ki, iyunun 2-də “Liv Bona Dea Arena”da reallaşacaq final qarşılaşması saat 20:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı