Əhlimanla baldızının toyu eyni gündə olacaqmış - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, ötən gün Qazaxda dəhşətli intihar hadisəsi baş verib.

Metbuat.az oxu.az-a istinadən bildirir ki, Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb.

Yaxınları bildiriblər ki, dünən həyatına son qoyan Əhliman dörd ildir sevdiyi qızla ailə qurmağa hazırlaşırmış.

Belə ki, onun üç gün əvvəl qız toyu olub. Əhlimanin sevdiyi xanımın əkiz bacısının qız toyu da onlarla eyni günə salınıbmış.

27 yaşlı gənc də məhz toyundan bir gün qabaq onun üçün təmtəraqla hazırlanmış mağardan özünü asıb.

Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı