Mərkəzi Bankın valyuta ehtiyatları 28 % artıb

Bu il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 713,7 milyon ABŞ dolları təşkil edib.

Metbuat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, mayın 1-i ilə müqayisədə 0,5 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9 %, son 1 ildə isə 27,7 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı