“Brent” neftinin qiyməti ucuzlaşıb

Dünya bazarında neftin qiyməti 0,36% ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, “Brent” markalı neftin bir barelinin dəyəri fevralın əvvəlindən bəri ilk dəfə 78 dollardan aşağı düşüb.

    Bakı vaxtı ilə saat 04:39-a olan məlumata görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 0,36% azalaraq bir barel üçün 77,84 dollar təşkil edib.

    Qərbi Texas markalı neftin dəyəri iyul fyuçersləri 0,74% ucuzlaşaraq 73,67 dollar olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı