Bu rayonların prokurorları dəyişdi

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru təyin olunub. Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinə təyinat alıb. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR