Mənzil Məcəlləsində dəyişiklik ediləcək

Mənzillərin etibarlı satışının təşkili və mənzil əldə etmiş şəxslərin hüquqlarının qorunması məqsədilə Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 iyul 2024-cü il tarixinə nəzərdə tutulub.

Metbuat.az xəbər verir ki, qanun layihəsi ilə bağlı icraçı qurumlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyidir.

    Eyni zamanda daşınmaz əmlakla bağlı dövlət xidmətləri üzrə mobil tətbiqin istifadəyə verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (torpaq sahəsinin planı və ölçüsü, texniki pasport) tam elektronlaşdırılması nəzərdə tutulub.

    Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestrinin elektron aparılması qaydalarının yeni sistemə uyğun təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, bələdiyyələr tərəfindən 01.12.2007-ci il tarixinədək fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələri ilə bağlı müvafiq torpaqayırma sənədlərinin yeni sistemdə yerləşdirilməsi məqsədilə onların məlumat bazasının “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminə inteqrasiyanın təmin edilməsinə dair normativ hüquqi akt layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 iyul 2024-cü il tarixinə nəzərdə tutulub.

    Xatırladaq ki, əmlakın qeydiyyatı və icarəsi işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov həyata keçirir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı