Türkiyə və Azərbaycan bayraqları kosmosda iki qardaşı təmsil edəcək - Ərdoğan

"Bir tərəfində Türkiyə, digər tərəfində isə Azərbaycan bayraqları ilə kosmosda iki qardaşı təmsil edəcəksən".

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever ilə canlı bağlantı vasitəsilə söhbəti zamanı deyib.

Atasever isə bildirib ki, Azərbaycan və Türkiyə bayraqları Yer kürəsində daima yan-yana olduğu kimi, mənim kosmosa səyahətimdə də yan-yana sinəmin üstündə yerini alacaq.

Qeyd edək ki, ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever iyunun 8-dəki missiya zamanı üzərində Türkiyə və Azərbaycan bayraqlarının işləmələri olan forma geyinəcək.

Bundan əvvəl Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR