Xəbər verdiyimiz kimi, ötən gün Şəmkirdə “VAZ” markalı minik avtomobili 5 yaşlı uşağı vuraraq öldürüb.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən 2019-cu il təvəllüdlü İslamlı Amin Şəmkir şəhər 4 saylı uşaq bağçasının Böyük qrup şagirdi olub.
Azyaşlı bu gün torpağa tapşırılıb.
Onun fotosunu təqdim edirik: