Rumıniya turnirə qələbə ilə başladı - AVRO-2024

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.

Metbuat.az xəbər verir ki, E qrupunda Rumıniya və Ukrayna yığmaları üz-üzə gəlib. Oyun rumınların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qrupun digər görüşü saat 20:00-da Belçika ilə Slovakiya seçmələri arasında olacaq.

Günün son qarşılaşmasında Avstriya və Fransa komandaları görüşəcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR