Gündə 3 ədəd badam yeməyin inanılmaz faydası

İnsan orqanizminə bir çox faydaları olan badamı gündə sadəcə 3 ədəd yeməklə, bir çox sağlamlıq problemlərindən qorunmaq mümkündür.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, badam insan orqanizmini bir çox vitamin və minerallarla təmin edir. Badamın aşağıdakı faydaları mövcuddur:

- Badam zehni açır, beyini qidalandırır.

- Həzm prosesinə müsbət təsir göstərir. Tərkibindəki lif sayəsində bağırsaqlara faydalıdır və qəbzliyin qarşısını alır.

- Ürək-damar sisteminin sağlamlığının qorunmasında effekti var və ürək xəstəlikləri riskini azaldır.

- Badamın tərkibində maqnezium var ki, bu da qan şəkərini balansda saxlayır

- Dərinin gözəl görünməsini təmin edir, hüceyrələri zədədən qoruyur və qocalmanı ləngidir.

- Badamda sümüklərin sağlamlığı üçün əhəmiyyətli olan kalsium və fosfor mövcuddur.

- Arıqlamağa kömək etdiyi üçün, dieta menyularında yer alması tövsiyə edilir

- Saçlar üçün faydalıdır

- İmmun sistemini gücləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı