Bayramda 53 mindən çox sərnişin daşınıb

ADY Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində şəhərətrafı və ölkədaxili marşrutlar üzrə 53 mindən çox sərnişini təhlükəsiz daşıyıb.

Metbuat.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ən böyük artım Bakı-Ağstafa-Bakı marşrutu ilə səfər edən sərnişinlərin sayında qeydə alınıb.

Bu il bayram günləri münasibətilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilmədiyindən sərnişin sayı ötən ilə nisbətən az olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı