"Real" Arda ilə bağlı bu klubla razılığa gəldi

AVRO-2024-də uğurlu oyun nümayiş etdirən Arda Güler barədə diqqətçəkən iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Real Madrid”in Arda Güleri icarəyə göndərmək istədiyi irəli sürülüb. İspaniya mətbuatında yer alan xəbərə görə, “Real Madrid” “Real Sosyedad”ın icarə təklifinə razılıq verib. Bildirilir ki, “Real Madrid” Ardanın ilk 11-də oynayacağı şərtilə icarəsinə razı olub. Məlumata görə, “Real Madrid” icarə prosesini müzakirə etmək üçün AVRO-2024-ün yekunlaşmasını gözləyir. “Real”ın qərarına baxmayaraq Ardanın təklifi rədd edəcəyi də deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı