Öldürülən polis tanınmış şəxsin qohumu imiş - FOTO

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.

Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.

Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.

Metbuat.az azxeber.com-a istinadən xəbər verir ki, polis kapitanı Eldəniz Məmmədov müğənni Elnar Xəlilovun dayısı oğludur.

Məlumata görə o, təzəlikcə mayor rütbəsi alıbmış.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı