Ötən il 700-dən çox tələbə universtetlərdən xaric edilib

2023-cü ildə 716 tələbə akademik borca görə təhsil müəssisələrindən xaric edilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

Onlardan 583-ü bakalavriat, 77-si magistratura, 31-i tam orta, 25-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Bundan əlavə, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 1952 tələbə təhsil aldığı təhsil müəssisəsindən xaric edilib. Onlardan 1420-si bakalavriat, 180-i magistratura, 206-sı tam orta, 146-sı ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı