“Real”da ilk ayrılıq - Kuboku gətirən futbolçu getdi

"Real Madrid" klubunun hücumçusu Xoselu klubdan ayrılıb.

Metbuat.az xəbər verir ki, futbolçu özü klubdan getmək istəyib. Bildirilir ki, “Real” hücumçunu klubda saxlamaqda maraqlı olsa da, o imtina edib. Klub rəhbərliyi futbolçu ilə razılığa gələrək, müqaviləni dayandırıb. Məlumata görə, Xoselu Səudiyyə Ərəbistanı klublarından biri ilə razılaşıb.

Qeyd edək ki, Xoselu əsasən ehtiyatdan oyuna daxil olurdu. O, ötən mövsüm Çempionlar Liqasında “Bavariya” ilə oyunda vurduğu iki qolla komandasının finala vəsiqə qazanmasında böyük rol oynamışdı. Endrik və Mbappenin “Real”a transferindən sonra hücumçunun heyətə düşməkdə çətinlik çəkəcəyi bildirilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı