İstirahət mərkəzində faciə baş verdi - Ölən var

Cəlilabadın Qarazəncir kənd sakini bədbəxt hadisə nəticəsində ölüb.

Metbuat.az-ın məlumatına görə, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, orada istirahət edən 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya atılan zaman başı daşa dəyib. Ağır xəsarət onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı