Bank sektorunun xalis mənfəəti 19% artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 519,7 milyon manat xalis mənfəət əldə edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 % çoxdur.

Yanvar-may ayları ərzində bankların əməliyyat gəlirləri 2 300,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 23,3 % çox), əməliyyat xərcləri 1 542,9 milyon manat (29 % çox), xüsusi ehtiyatlara ayırmaları 133,1 milyon manat (4,1 % çox), digər gəlirləri 2,3 milyon manat (5,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 107,4 milyon manat (1,2 % çox) təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı