Gəncləri iş axtaran yox, işə götürən tərəf kimi görmək istəyirik - Nazir

Əgər hər hansı bir sahə üzrə insanın bacarıqları ən yaxşı 10 faizə uyğun gəlirsə, o insanı istedadlı saymaq olar. 10 faizə daxil olmayanların da istedadlı olmaq şansı var.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

    O deyib ki, əsas olan istedad sözünə necə bir məna verməyimizdir: "Bu gün buradakı tələbələrin səhnə performansını çox bəyəndim. İstedad mənim fikrimcə, qeyri-müəyyən sayda kateqoriyalarda olan bacarıqları özündə birləşdirir. Buradakı gənclərimizi iş axtaran kimi yox, işə götürən tərəf kimi görmək istəyirik. Ancaq biz gedib ona deyə bilmərik ki, bu gündən iş axtaran yox, işə götürən tərəf olacaqsan. Uzunmüddətli perspektivdə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirməklə buna nail ola bilərik. İnkişafın, nailiyyətin təməlində öz səhvini başa düşmək və səhvlərindən nəticə çıxarmaq, özünə inamın yüksək olması dayanır. Özünə güvənmək və gələcəyin uğurlu olacağına inanmaq lazımdır".

    "Ən önəmli məsələlərdən biri də cəmiyyətlə birgə təkamül etmək, digər şəxslərin də inkişafına dəstək göstərməkdir. Hər hansı bir səhv etmiş insana qarşı necə davranmaq çox önəmlidir. Hər şey mədəniyyətdən başlayır. Mədəniyyət isə şəxsi keyfiyyətlərlə əlaqəlidir", - deyə nazir əlavə edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı