"Fənərbağça" daha bir ulduzunu itirir - Son qərarı Mourinyo verəcək

Edin Dzeko “Fənərbaxça”dan ayrılmağı düşünür.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, futbolçu bununla bağlı klub rəhbərliyinə müraciət edib. Məlumata görə, Xorvatiyanın “Hayduk Split” klubu hücumçunun xidmətində maraqlıdır.

Dzekonun keçidi ilə bağlı son qərarı baş məşqçi Joze Mourinyo verəcək.

Edin Dzeko keçən mövsüm “Fənərbaxça”nın heyətində 46 oyuna çıxıb. Bu oyunlarda o, 25 qol və 10 asisstlə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR