Allahverdi Yolçuyev əməliyyatdan sonra - FOTO

Uzun zamandır Parkinson xəstəliyindən əziyyət çəkən və əməliyyat olunmuş aktyor Allahverdi Yolçuyev səhhəti barədə danışıb.

Metbuat.az yenicag.az-a istinadla xəbər verir ki, o, əməliyyatın uğurla keçdiyini deyib:

"Şükürlər olsun ki, əməliyyat uğurla keçdi. Hələ ki yataq rejimindəyəm. Xəstəliyimlə mübarizə aparan Teyyub həkimə və bütün tibbi personala öz minnətdarlığımı bildirirəm. Həkimlərimə minnətdaram. Bir neçə gündən sonra xəstəxanadan evə buraxılacağam".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı