Banklarının xalis xarici aktivləri mayda 6 % azalıb

Bu il iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 24 milyard 573,6 milyon manat təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 5,7 % az, ilin əvvəlinə nisbətən 2,5 % az, ötən il iyunun 1-i ilə müqayisədə isə 9,5 % çoxdur.

Bu il mayın sonuna bankların xalis daxili aktivləri isə 20 milyard 274 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 5,6 %, ilin əvvəlinə nisbətən 2,1 %, illik müqayisədə isə 7,2 % çoxdur.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR