Aeroport yolunda zəncirvari qəza baş verdi, yaralılar var - FOTO

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.

Yol qəzası zamanı 6 avtomobil toqquşub.İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR