20 Yanvar xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazılıb

20 Yanvar xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazılıb
19:43 19 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anma mərasimi keçirilib.
ADİU-dan AzərTAc-a bildirilib ki, mərasim iştirakçıları əvvəlcə bu ali təhsil ocağında şəhid tələbələrin xatirəsinə ucaldılan memorial xatirə kompleksini ziyarət ediblər. Vətənimizin azadlığı yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, 20 Yanvar xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazılıb. 1990-cı il yanvarın 21-də xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza ən çətin zamanda mənəvi dəstək olduğunu və bu qırğını törədənlərə kəskin etiraz etdiyini vurğulayıb.
Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı, Azərbaycan tarixi kafedrasının professoru Abbas Seyidov 20 Yanvar faciəsinin siyasi-tarixi səbəblərini geniş şərh ediblər.
Sonra ADİU-nun şəhid tələbələrinin ailə üzvləri çıxış edərək dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən videofilm nümayiş olunub.
Qeyd edək ki, 20 Yanvar faciəsi ilə bağlı ADİU-nun bütün fakültələrində silsilə tədbirlər keçirilib. Universitetin “İqtisadçı” qəzetinin Qara Yanvara həsr olunan xüsusi nömrəsi çapdan çıxıb. Dəhlizlərdə quraşdırılan xüsusi monitorlarda faciəyə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_xalqimizin_tarixine_sinaq_qehremanliq_ve_inam_gunu_kimi_yazilib-825894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR