Respondentlərin 83,8 %-i sülh sazişinin imzalanmasını dəstəkləyir - STM

Azərbaycanda Ermənistanla sülh müqaviləsinin imzalanması dəstəklənir.

Metbuat.az bildirir ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin mütləq əksəriyyəti Ermənistanla sülhün tərəfdarı olduqlarını bildiriblər.

Belə ki, iyunun 10-22 tarixlərində, yaşı 18 və yuxarı olan 1152 respondent arasında keçirilən sorğu zamanı 83,8% respondent “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına “bəli, dəstəkləyirəm”, 13,5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib.

Respondentlərin 2,7%-i isə bu suala rəyini bildirməkdə çətinlik çəkib.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü əsasda aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar verilib. Əhatə olunan respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı