MSK bu partiyaların nümayəndələrini qeydə aldı

Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 6-da keçirilən iclasında YAP-dan əlavə, altı siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Metbuat.az xəbər verir ki, MSK sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ümid Partiyasının, Böyük Quruluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının, Müsavat Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

MSK bundan əvvəl Respublikaçı Alternativ (REAL) Partiyasının, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı