Ölmüş şəxsin kredit borclarını kim ödəməlidir?

Müasir dövrün tələblərinə cavab verən kiçik kartlar hər yerdə köməyimizə çatır.

Hər kəsdə mövcud olan bank və ya kredit kartları kütləvi şəkildə yayılıb. Hamı bu kiçik kartları sevsə də, heç kim kredit kartlarının borclarından danışmır. Şəxsin kredit kartına borcu olduğu zaman, bu borc kim tərəfindən bağlanır?

Mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadi ekspert Natiq Cəfərlinin sözlərinə görə, qanunvericilikdə bunlar müqavilə ilə tənzimlənir.

“Burada artıq zamin duran şəxsin və ya onun varislərinin məsuluyyəti yaranır. Sadəcə problem ondan ibarətdir ki, Azərbaycanda banklarda müqavilələr bağlanarkən müştərilər, yəni vətəndaşlar həmin müqavilələri diqqətlə incələmirlər”.

Ekspert deyir ki, müqavilələrdə sonda çox kiçik şriftlərlə həmin o məsuliyyət yazılır. Nəticə etibarı ilə dünyasını dəyişən şəxsin varisləri və ya zamin varsa o, məsuliyyət daşıyır:

“Kreditin bağlanması üçün onlar cavabdehlik daşıyırlar. Bu fors-major situasiyalarda banklar bütün yükü və məsuliyyəti vətəndaşın üzərinə qoyur. Vətəndaş da müqaviləni oxumadan imzalayaraq öhdəliklər götürür”.


Mədinə Zaur \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı