Azərbaycanın tanınmış idmançısı vəfat etdi - FOTO

Azərbaycanda cüdo məşqçisi Murad Heydərli vəfat edib.

Metbuat.az-ın Qafqazinfo.az-a istinadən məlumatına görə, gənc mütəxəssis bu gün beyin xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, 27 yaşlı M.Heydərli Abşeron İdman Klubunun cüdo üzrə məşqçi müəllimi kimi çalışırdı. Tanınmış idmançı karyerasını başa vuraraq məşqçiliyə yeni başlamışdı. Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR