İŞİD terror təşkilatının lideri Əbu Yusif Deyr əz-Zorda həyata keçirilən hava hücumunda məhv edilib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama verib. Məlumata görə, İŞİD lideri ilə yanaşı daha iki terrorçu məhv edilib. ABŞ Mərkəzi Komandanlığının sosial media hesabındakı paylaşıma görə, ABŞ qüvvələri Deyr əz-Zorda İŞİD lideri Mahmud kimi tanınan Əbu Yusifin yerləşdiyi bölgəyə hücum həyata keçirib. Açıqlamada hava əməliyyatının daha əvvəl Suriya rejimi və rusların nəzarətində olan bölgədə həyata keçirildiyi bildirilib.
Məlumatda deyilir ki, ABŞ Suriyada İŞİD-in yenidən dirçəlməsinə imkan verməyəcək.