Hacıqabul rayonunda Türkiyədən olan iki yaşlı uşaq ölüb.

Metbuat.az bildirir ki, hadisə ötən gün axşam saatlarında rayonun Nəvahi kəndində baş verib.

Belə ki, Türkiyə vətəndaşı, 2022-ci il təvəllüdlü Damla Rəhimoğlunun həkiməqədər ölüm faktı qeydə alınıb.

Üzərində heç bir zorakılıq əlaməti aşkar olunmayan uşağın pnevmaniyadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.