Bakıda “Qanlı Yanvar” filminin təqdimatı olub

20:03 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Nizami Kino Mərkəzində kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı Yanvar” filminin təqdimatı olub.
AzərTAc xəbər verir ki, təqdimat mərasiminə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri qatılıblar.
20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” filminin çəkilişində beynəlmiləl kollektiv-dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu və yerli azərbaycanlılardan ibarət heyət iştirak edib. Onlar təqdimat mərasiminə qatılıblar.
Filmdə belə bir beynəlmiləl kollektivin iştirakı sözsüz ki, ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır.
Tarixi əhəmiyyətli “Qanlı Yanvar” filminin əsas süjet xəttində real hadisələr lentə alınıb. Burada bir neçə baş rol qəhrəmanının timsalında bütöv bir xalqın təşnə olduğu müstəqillik ruhu uğrunda mübarizə canlandırılıb.
Bədii filmdə Bakının 1990-cı il yanvarın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələri təsvir edilib. Filmdə Azərbaycan inqilabçıları şəhərə girmiş işğalçı qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə aparırlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR