Xalq artisti Ağadadaş Ağayev məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri - N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.