Bu gün Azərbaycan Premyer Liqası start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə start veriləcək.

Metbuat.az bildirir ki, I turun açılış matçında son çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

“Liv Bona Dea Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Azərbaycan Premyer Liqası, I tur

2 avqust

20:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov

Qeyd edək ki, turun digər qarşılaşmaları 3-4 avqustda gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR