Bakıda böyük söküntü planı - Bu ərazidə

Bakının 2-ci Alatava adlanan ərazisində söküntü işləri aparıla bilər. Bu ərazi, şəhərin inkişaf planları çərçivəsində yenidən qurulması nəzərdə tutulan sahələrdən biridir.

Metbuat.az "News24.az"a istinadən bildirir ki, Xırdalan dairəsindən üzü 20 yanvar metro stansiyasına tərəf və əks istiqamətdə daim fasiləsiz-ağır tıxacın olması bu yola alternativ köməkçi yolların çəkilməsi və yol qovşaqlarının tikintisi ilə bağlı prosesə start verilməsini prioritetə çevirib. Hazırda təhsil ocaqlarının bağlı olmasına, əhalinin böyük əksəriyyətinin istirahətə getməsinə baxmayaraq bu yolda tıxac səngimir. Yeni çəkiləcək yollar, tikilməli olan yol ötürücülərın bir hissəsi 2-ci alatava qəsəbəsi ərazisindən keçəcək. Bu yolda tıxacın azaldılması və nəqliyyatın intensiv hərəkətinin artırılması ilə bağlı aidiyyəti qurumlara verilən tapşırıqların icrası isə yeni yol qovşaqlarının tikilməsi və köməkçi yolların çəkilməsi ilə mümkün olacaq.

Bu plana uyğun olaraq ərazidə müasir infrastruktur və yeni yaşayış binalarının tikilməsi planlaşdırılır.

Ərazidə yaşayan sakinlər və mülkiyyət sahibləri söküntü işlərinin həyata keçirilməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onlar kompensasiya məsələləri və yeni yaşayış yerlərinin təminatı ilə bağlı məlumatların dəqiq olmamasından narazıdırlar.

Rəsmi qurumlar hələlik ərazinin tam şəkildə sökülməsi ilə bağlı qərar qəbul etməyiblər. Ancaq gələcəkdə bu ərazinin inkişaf planları çərçivəsində yenidən qurulması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR