“Qarabağ” - “Ludaqorets”ə məğlub oldu - YENİLƏNİB

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyun başa çatıb.

Metbuat.az xəbər verir ki, görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ludaqorets”in heyətində Duarte və Vidal, “Qarabağ”da isə Olavio Juninyo fərqləniblər.

Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

* 20:05 *

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyun başlayıb.

Metbuat.az xəbər verir ki, görüş 20:00-da start götürüb. Matçı isveçrəli hakim Urs Şnider idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR