Banklar valyuta mübadiləsi üzrə gəlir marjasını 3 % artırıblar

Bu ilin I yarısında Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6950 manatdan alıb, 1,7021 manata satıb.

Metbuat.az bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

Beləliklə, banklar hər 100 dolların alqı-satqısından 71 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % çoxdur.

Xatırladaq ki, 1 il bundan əvvəl banklar dolları 1,6955 manatdan alıb, 1,7024 manata satıb, bununla da, hər 100 dolların alqı-satqısından 69 qəpik gəlir əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı