Əmanət və depozitlərin dollarlaşma səviyyəsi azalıb

2024-cü ilin I yarısında xarici valyutada əmanət və depozitlərin həcmi 9.9 mlrd. manat ekvivalentində olub və onun cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 33.7% təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, xarici valyutada olan depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.1 faiz bəndi azalıb.

    Qeyd edək ki, hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı dövrün sonuna 42.6% təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz bəndi aşağıdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsində də azalma müşahidə olunmuş və ötən ilin I yarısına nisbətən 2.7 faiz bəndi azalaraq 33.9% təşkil edib. Dövr ərzində qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması 2 faiz bəndi azalaraq dövrün sonuna 30.3%-ə enib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı