Sanksiyalar Rusiyada silah istehsalına təsir etmir - "New York Times"

Kiyevdə bir uşaq xəstəxanasına düşən Rusiya raketi mütəxəssislər tərəfindən araşdırılıb və rus silah sənayesinin son durumu haqqında məlumatlar öyrənilib.

Metbuat.az bildirir ki, bu barədə "New York Times" yazır. 455 kilo partlayıcı ilə doldurulmuş KH-101 raketi üzərində aparılan incələmələr göstərib ki, raket bu yaz istehsal edilib. Bu da o deməkdir ki, ruslar raketlər istehsal olunan kimi onu istifadə etməli olurlar.

Bu eyni zamanda sanksiyaların Rusiyanın silah istehsalını zəiflətmədiyini də göstərir, yəni ölkədə silah istehsalı davam etməkdədir.

Qeyd edək ki, 8 iyulda raketin Kiyevdə uşaq xəstəxanasına düşməsi nəticəsində 2 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb. Sözügedən raketlər Rusiya ordusunun ən güclü raket sistemləri hesab edilir və hərbi təyyarələrdən atılan raketlərdəndir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı