Elçin Mirzəbəyli Çiyni kəndində seçicilərlə görüşdü - FOTO

Bu gün Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd Elçin Mirzəbəyli Ağsu rayonunun Çiyni kəndində seçicilərlə görüşüb.

Metbuat.az-ın məlumatına görə, Elçin Mirzəbəyli qeyd edib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var.

Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd bildirib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun şəkildə həyata qurmalıdırlar.

Daha sonra deputatlığa namizəd seçki platformasının əsas istiqamətləri ilə bağlı Çiyni kənd sakinlərinə məlumat verib, onların suallarını cavablandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR